AZ

PARİSDƏ “RUS EVİ"NİN HESABI DONDURULDU, BAKIDA İSƏ...

“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Bakıda Rusiya Mədəniyyət Mərkəzinin (“Rus Evi”) qeydiyyata alınmasının zəruriliyi ilə bağlı Azərbaycandan nota aldığını təsdiqləyib.

Bu barədə "Rossiya-24” telekanalının efirində açıqlama verən rəhbər belə deyib: "Orada deyilir ki, bizim nümayəndəliyimiz, xalq arasında "Rus Evi" kimi tanınan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir”.

Əks halda, o, Bakıdakı “Rus Evi” icarəyə götürdüyü binanı ay yarım ərzində tərk etməlidir: “Çünki sahibi binanı təcili satmaq niyyətində olduğunu açıqlayıb. Danışıqlar aparılan digər binanın sahibi isə hələlik fasilə götürüb”.

Beləliklə, uzun zamandır hüquqi şəxs kimi qeydiyyatdan keçməyən "Rus Evi" özü-özünü işə salıb... Hərçənd, Y.Primakov bunları əvvəldən görməli idi... 

A.Məmmədli 

Seçilən
96
7
tezadlar.az

10Mənbələr