AZ

Antalyada keçirilməli olan "Böyük Dəbilqə" turniri təqvimdən çıxarıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Beynəlxalq Cüdo Federasiyası "Böyük Dəbilqə" turnirinin təqvimində bəzi dəyişikliklər edib.
Oxu.Az xəbər verir ki, martın 28-30 arasında Antalyada keçirilməsi nəzərdə tutulan "Böyük Dəbilqə" turniri yarışların ilkin siyahısından çıxarılıb.
Səbəbi açıqlanmayan dəyişikliyə görə komandalar planlarını yenidən gözdən keçirməli olacaqlar.
Mümkündür ki, turnirin ləğvinə martın 8-9-da Antalyada keçiriləcək digər yarış "səbəb" olub. Belə ki, həmin vaxt orada kadetlərin Avropa çempionatı təşkil ediləcək.
Qeyd edək ki, ötən il Antalyada keçirilən "Böyük Dəbilqə" turnirində Azərbaycan cüdoçuları iki gümüş medal qazanıblar: Rəşid Məmmədəliyev (73 kq) və Vüqar Talıbov (90 kq) fəxri kürsüyə qalxıblar.
Seçilən
142
50
oxu.az

10Mənbələr