AZ

Rusiya faktları inkar etməklə ədalətdən nə qədər uzaq olduğunu nümayiş etdirir- Vüqar Rəhimzadə

Bakı. Trend:

Təsdiqlənmiş faktlar Azərbaycanın beynəlxalq məhkəməyəmüraciət etməsini şərtləndirir.

Ötən il dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə uçuş həyatakeçirən AZAL-a məxsus təyyarə Qazaxıstanın Aktau şəhəriyaxınlığında qəzaya uğradı. Pilotların, bələdçilərin yüksəkpeşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişihəyata keçirə bildi. Nəticədə 29 nəfərin həyatını xilas etməkmümkün oldu. Azərbaycan və Qazaxıstanın tərəfdar olduqları 1944-cüil Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinə əsasən, hadisəninərazisində baş verdiyi dövlət kimi Qazaxıstan hadisə ilə bağlıaraşdırmaya başladı. Azərbaycan hava gəmisinin istismarçısı, habeləmülkiyyətçisi olan ölkə statusu ilə araşdırmanın bütünmərhələlərində, o cümlədən hadisə yerinə baxışın həyata keçirilməsivə faktların qeydiyyatı məqsədilə foto və videogörüntülərin təminedilməsi, hava gəmisinin “qara qutu”larında olan məlumatlarınBraziliyanın Aviasiya Qəzalarının Araşdırılması və QarşısınınAlınması Mərkəzində oxunması prosesində iştirak etdi, əlavə məlumatvə sübutların toplanmasını həyata keçirdi.

Dövlət başçısı İlham Əliyev istər Heydər Əliyev Beynəlxalq HavaLimanında keçirdiyi müşavirədə, istərsə də AzərbaycanTeleviziyasına müsahibəsində təyyarənin qəzaya uğraması ilə bağlıilkin versiyalardan geniş bəhs edərək bildirdi ki, qəzanıntəfərrüatları tam araşdırılacaq. Bu məqam da xüsusi qeyd edildi ki,Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun buişlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydadaAzərbaycana təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi buişi araşdırsın. Prezident İlham Əliyev bildirdi ki, biz isə qətişəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyilki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir. Buradaobyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza başverəndən dərhal sonra Azərbaycan Rusiya tərəfindən ədalətli vəadekvat addımlar görsəydi, bəlkə də buna etiraz etməzdi. Ammagördük ki, burada məsələni ört-basdır etmək cəhdləri gözqabağındadır.

Bu fikirləri Trend-ə MilliMəclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, bu günlərdə Qazaxıstan NəqliyyatNazirliyi təyyarənin qəzaya uğraması ilə bağlı ilkin hesabatıaçıqladı. Hesabatda qeyd olunur ki, hava gəmisi hava şəraitininəlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinəyetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərarverib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyataalınıb. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsindəmüəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cühidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyəsonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradançıxıb. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və korzədələrin olması faktı aşkar olunub və foto, habelə videoqeydiyyata alınıb. Həmin zədələr hava gəmisinin füzelyajının arxahissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çox sayda,habelə sol qanadda və sol mühərrikdə aşkar olunub. Hesabatdaoksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansıbir məlumat qeyd olunmayıb. Burada sadalanan faktların təsdiqi iləbağlı olan foto, habelə audio və rəqəmsal qeydiyyat vasitələrindənçıxarışlar ilkin hesabatın mətnində verilib. İlkin hesabat qəzanınnecə və hansı səbəbdən baş verməsi barədə dolğun məlumat versə də,Rusiya tərəfi yenə də hadisəyə qərəzli yanaşmasını dayandırmır.

İlkin hesabatdan aydın olur ki, sərnişin təyyarəsi Rusiyanınhava məkanında, o cümlədən Qroznı hava limanı üzərində GPSsiqnallarının itməsi halı ilə üzləşib. Təbii ki, hesabatda əksinitapan bu məqamları, reallıqları təkrar diqqətə çatdırmaqdaməqsədimiz budur ki, ilkin nəticələr ortada olduğu, faktlartəyyarənin Rusiya hava məkanında vurulmasını təsdiq etdiyi haldaqarşı tərəf yenə də məsələni ört-basdır etmək, məsuliyyəti təyyarəheyətinin üzərinə atmaq istəyir.

Vüqar Rəhimzadə vurğulayıb ki, hesabatın da təsdiqlədiyi kimi,Azərbaycan təyyarəsi Qroznı üzərində atəşə məruz qalıb, ardıcıl birneçə atəş açılıb, hava gəmisinin əsas idarəetmə sistemləri05:13:32-də sıradan çıxıb, əlaqələndirici dispetçer isə “Kovyor”əməliyyatı barədə Qroznıya 8 dəqiqə sonra - 05:21:42-də məlumatverib. Buradan aydın olur ki, Azərbaycan tərəfinin və təyyarəekipajının “Kovyor” əməliyyatından xəbəri ola bilməzdi. Bu da onugöstərir ki, Rusiya tərəfi məsələni öz maraqlarına uyğun şəkildətəqdim etməyə çalışıb. Azərbaycan tərəfində təyyarədən çıxarılan“Pantsir-S” raketinin bir parçasının olduğu və bunun beynəlxalqekspertizanın köməyi ilə müəyyən edildiyi də unudulmamalıdır.Faktların dili ilə açıqlanan belə bir hesabatı öz maraqlarınınarxasında gizlətməyə çalışan, həqiqətə ədalətin gözü ilə baxmağacəsarət etməyən Rusiya tərəfi inkar yolunu tutmaqla daha çoxsualların yaranmasına rəvac verir.

Milli Məclisin deputatı qeyd edib ki, Rusiya tərəfi bununla“Malayziya Boing-2” təyyarəsi ilə bağlı vəziyyəti yaratmaq niyyətigüdür. Xatırladaq ki, 2014-cü ilin iyulunda AmsterdamdanKuala-Lumpura uçan, "Malaysia Airlines" aviaşirkətinə məxsus"Boinq-777" təyyarəsi Ukraynanın cənub-şərq hissəsində vurulmuş,təyyarənin göyərtəsində olan 298 nəfər həlak olmuşdu. TəyyarəninRusiya tərəfindən işğal olunmuş Donbasın hava məkanında, məhzRusiyaya aid silahla vurulması təsdiqlənsə də, Moskva bu günə qədərdə məsuliyyəti öz üzərinə götürmür, əsassız yerə Ukraynanıgünahlandırır. Rusiya rəsmilərinin, ekspertlərinin və mətbuatınınAZAL-ın təyyarəsi ilə bağlı addımları onların eyni taktikanıseçdiyini söyləməyə əsas verir. Unutmayaq ki, daim ədalətin yanındaolan Azərbaycan tam aydın olmayan məsələlər aydınlaşmadan bu barədəfikir söyləməyib.

Vüqar Rəhimzadə onu da bildirib ki, kənar obyektlərin təsirindəndanışarkən vurğulamaq yerinə düşər ki, hazırda Çeçenistanınpaytaxtı Qroznının Xankala qəsəbəsində yerləşən hərbi hissədəhadisə ilə bağlı istintaq davam edir. Azərbaycan təyyarəsinə atəşinməhz bu hərbi hissənin ərazisindən açıldığına dair məlumatlar var.Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan tərəfinə atəşin hansısilahdan açıldığı da məlumdur. Hesabatda bütün faktlar öz əksinitapıb. Azərbaycanın şərtləri, nə istədiyi bəllidir və bunlar alisəviyyədə də elan edilib.

Millət vəkili vurğulayıb ki, sübut bazası formalaşır, faktlar,dəlillər toplanır və beynəlxalq məhkəməyə müraciət etməkistiqamətində hazırlıq işlər aparılır. Hər bir məsələdə ədalətmeyarı əsasdır. Dövlətlərarası münasibətlərdə etimad mühitinin əsasolduğunu nəzərə alsaq Rusiya tərəfinin nümayiş etdirdiyi əsassızyanaşma, faktların inkar edilməsi çoxsaylı sualların yaranmasına,ən əsası etimadın, inamın itməsinə səbəb olmaya bilməz. Faktlarındanışdığı bir hadisəni qarşı tərəf inkar etməyə çalışsa daAzərbaycan yenə də dialoq üçün qapını açıq saxlayır.

Məqalədə:
Seçilən
19
10
az.trend.az

10Mənbələr