![Mərkəzi](https://ulusum.az/uploads/posts/2025-02/09c3ac8459_1731607.webp)
Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar olub."Ulusum".az xəbər verir ki, Vüsal Cavanşir oğlu Qurbanov, Seydiyev Elrad Eldar oğlu, Mansurov Anar Eldar oğlu və Rəsulov Tərlan İzzət oğlu bu il fevralın 3-dən Mərkəzi Bankın baş direktorları təyin ediliblər.Qeyd edək ki, Vüsal Qurbanov buna qədər Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb. Elrad Seydiyev AMB-nin Maliyyə bazarlarında əməliyyatlar departamentinin, Anar Mansurov Maliyyə idarəetməsi departamentinin, Tərlan Rəsulov isə Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin rəhbəri olub.Bununla da Mərkəzi Bankın baş direktorlarının sayı 9-a çatıb.
Diqqət Çəkənlər
İş saatlarında - Dəyişiklik
Kinomuzun unudulmaz ikonası - Hamlet Xanızadə
İstanbul bələdiyyə başqanı 7 il həbs cəzası ilə üzləşə bilər