AZ

MSK sədri bələdiyyə seçkilərinə dair müraciətlərin toplanması barədə tapşırıq verib

Bakı. Trend:

Dairələrin seçki komissiyalarına 12 müraciət daxil olub, 8-nəbaxılıb, 4-ü isə baxılma mərhələsindədir.

Trend xəbər verir ki, bunuMərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov qurumun bugün keçirilən iclasında deyib.

MSK-nın katibi Arifə Muxtarova isə bildirib ki, MSK-dan dairəseçki komissiyalarına 19 müraciət göndərilib.

MSK sədri Məzahir Pənahov tapşırıq verib ki, müraciətlərinhazırkı vəziyyəti barədə məlumat toplanılsın.

“Əlimizdə statistik məlumat olsun ki, dairələrə neçə müraciətdaxil olub, MSK-dan dairələrə neçə müraciət göndərilib, onlarınneçəsi araşdırılıb və s. Bütün bu məsələlər barədə informasiyalarəldə edin”.

Qeyd edək ki, yanvarın 29-u saat 19:00-da Azərbaycanda bələdiyyəseçkilərində səsvermə başa çatıb. Saat 19:00-a olan məlumataəsasən, bələdiyyə seçkilərində 1 874 810 seçici səsvermə hüququndanistifadə edib, seçici fəallığı 31,45 % olub.

Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxiledilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıyadaxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçkikomissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Məqalədə:
Seçilən
21
az.trend.az

1Mənbələr