AZ

Ukrayna müharibəsilə bağlı iki məsələ Trampın komandasını parçaladı- Bu Ukraynanı tərksilah etməkdir...

Image

ABŞ prezidenti Donald Trampın administrasiyası daxilində Ukraynada atəşkəsə nail olmağın yolları və tərəflərə təzyiq göstərilməsi ilə bağlı fikir ayrılıqlarının olduğu bildirilir. Bəzi rəsmilər Moskvaya təzyiq etməklə Rusiyanın irəliləyişini dayandırmaq strategiyasını, digərləri isə Ukraynaya yardımı azaltmağı dəstəkləyirlər.

NBC telekanalı keçmiş ABŞ və Ukrayna rəsmilərinə və Ukrayna hökumətinə yaxın mənbəyə istinadən xəbər verir ki, Trampın milli təhlükəsizlik müşaviri Mayk Vals və Ukrayna üzrə xüsusi elçi Keyt Kelloq Moskvanın irəliləyişlərini dayandırması üçün Rusiyaya təzyiq siyasətinin tərəfdarıdır. Amma fərqli fikirdə olan bir qrup Bayden administrasiyası dövründə Ukraynaya edilən milyardlarla dollar yardımı azaltmağı təklif edir. Qrup bu yanaşmanın münaqişənin daha tez bitməsinə gətirib çıxaracağına inanır. Digər qrup isə bu təklifi irəli sürənləri “Ukraynanı tərksilah etməkdə” ittiham edirlər. 

NBC-yə danışan Kelloq isə, Trampın milli təhlükəsizlik komandasının birlikdə işlədiyini və Trampın lazım gəldikdə Amerikanın bütün imkanlarından istifadə edərək üç illik qan tökülməsinə son qoyacağını deyib.

Kelloqun dəstəklədiyi plana əsasən, Kiyev sülh danışıqlarına başlasa, daha çox silah yardımı alacaq. Planda eyni zamanda Vaşinqtonun Moskvaya, danışıqlardan yayınsa Kiyevə dəstəyi artıracağı barədə xəbərdarlıq etməsi də nəzərdə tutulur.

Qeyd edək ki, yenidən seçilməzdən əvvəl Tramp Ukraynadakı münaqişəni mümkün qədər tez həll edəcəyinə söz verib. Məsləhətçiləri vəzifəyə başlamazdan əvvəl ona müxtəlif həll yolları təklif ediblər. 

TAHİR





Seçilən
59
baki-xeber.com

1Mənbələr