Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
"Dələduzlar televiziya və sosial şəbəkələr vasitəsi ilə özlərini reklam edirlər, insanları aldadırlar. Buna görə də onlara heç bir cəza verilmir. Bu sahədə ciddi dövlət və ciddi ictimai nəzarət olmalıdır. İnsanların sağlamlığı üçün belə hallara yol verilməməlidir. Günahkarlar cəzalandırılmalıdır ki, digərlərinə dərs olsun. Təəssüf ki, ölkəmizdə həkimlərin fəaliyyətinə nəzarət yoxdur. Xaricdə isə həkim məsuliyyətsizliyi olarsa ciddi miqdarda təzminat alınır. Bizdə heç bir cəza olmadığı üçün dırnaqarası həkimlər insanların başlarına oyun açırlar. Media və ictimaiyyətdən istifadə edərək saxta həkimləri üzə çıxarmaq lazımdır. Cəmiyyət də məsələnin həlli üçün çalışmalıdır".
Əfsanə Kamal
Demokrat.az