RU

Ekspert: "Ölkəmizdə həkimlərin fəaliyyətinə nəzarət yoxdur"

"Təəssüf ki, plastik cərrahiyə sahəsində bazar var. Son zamanlar bir çox dələduzlar bu sahəyə doluşub, insanların başına oyun açırlar. Bütün bu proseslər aidiyyatı qurumların gözü qarşısında olub. İndi vəziyyət kritik həddə çatıb deyə guya hərəkətə keçiblər. Tibb sahəsi oyuncaq satışı deyil, əhalinin təhlükəsizliyi məsələsidir. İnsanlara tibbi terror edilir, pis vəziyyətə qoyulur, pulları talanır. Tibbi göstəriş olması halı sadəcə 10% təşkil edir. 90%-i isə heç bir səbəb olmadan bıçaq altına yatırlar. Onların çoxunun tibbi təhsili, lisenziyası yoxdur".

Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib. 

"Dələduzlar televiziya və sosial şəbəkələr vasitəsi ilə özlərini reklam edirlər, insanları aldadırlar. Buna görə də onlara heç bir cəza verilmir. Bu sahədə ciddi dövlət və ciddi ictimai nəzarət olmalıdır. İnsanların sağlamlığı üçün belə hallara yol verilməməlidir. Günahkarlar cəzalandırılmalıdır ki, digərlərinə dərs olsun. Təəssüf ki, ölkəmizdə həkimlərin fəaliyyətinə nəzarət yoxdur. Xaricdə isə həkim məsuliyyətsizliyi olarsa ciddi miqdarda təzminat alınır. Bizdə heç bir cəza olmadığı üçün dırnaqarası həkimlər insanların başlarına oyun açırlar. Media və ictimaiyyətdən istifadə edərək saxta həkimləri üzə çıxarmaq lazımdır. Cəmiyyət də məsələnin həlli üçün çalışmalıdır".

Əfsanə Kamal
Demokrat.az
Избранный
3
demokrat.az

1Источники