Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "İncə səhər" verilişində deyib. Müğənni onu tənqid edənlərdən danışıb:
"Bu dəqiqə məndən soruşsanız, dediyim fikir kiminsə xoşuna gəlir, gəlmir, vecimə deyil. Çünki insan özünü axtara-axtara tapır, nə istədiyini bilir. Kim səni bəyənir, bəyənmir öz problemidir. Gənc yaşda isə elə olmur. Düşünürsən ki, səni anlamalıdırlar".