AZ

Telegram-ın baş direktoru məhkəməyə qədər Parisdə qalacaq

Wired Fransa prokurorluğunun nümayəndəsinə istinadən xəbər verir ki, Telegram-ın yaradıcısı Pavel Durov işi məhkəməyə qədər Parisdə qalacaq.


İşin ən azı bir il məhkəməyə çatmayacağı qeyd olunur.

 

Telegram-ın təsisçisinin Fransanı tərk etməsi qadağandır və mütəmadi olaraq polisə xəbər verməsi tələb olunur.

 

Nəşrin məlumatına görə, iş adamına qarşı iş messencerin zorlama və pedofiliyada şübhəli bilinən şəxsin kimliyini açıqlamaqdan imtina etdiyi üçün başlayıb.

 

Prokurorluq bildirib ki, Durov barəsində həbs qərarı Telegram-ın hüquq-mühafizə orqanlarının sorğularına cavab vermədiyi üçün müxtəlif idarələrdə neçə araşdırmanın dalana dirəndiyi bəlli olduqdan sonra verilib. Onlar həmçinin qeyd ediblər ki, mümkün nizamlanma sazişindən danışmaq hələ tezdir.

 

Nigar

 

Seçilən
37
oxu24.com

1Mənbələr