AZ

Ermənistan KTMT-nin iclasında iştirak etməyəcək

Ermənistan KTMT üzvü olan dövlətlərin parlament komitə sədrlərinin fevralın 7-də Moskvada keçiriləcək iclasında iştirak etməyəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyanın mətbuat katibi Movses Arutyunyan məlumat yayıb.
“Ermənistan tərəfi KTMT-yə üzv ölkələrin parlament komitələri sədrlərinin görüşündə iştirak etməyəcək”, - Arutyunyan bildirib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan KTMT-də iştirakını dondurub, çünki onun sözlərinə görə, təşkilat respublikanın suverenliyinə təhdidlər yaradır.
Seçilən
14
2
yeniavaz.com

3Mənbələr