AZ

Bakıda yol nişanına görə problemlərin yarandığı KƏSİŞMƏ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə paytaxtın Mirzağa Əliyev küçəsi ilə Azərbaycan prospektinin kəsişdiyi nöqtədə yaranan problem barədə məlumat verilib.
Sözügedən kəsişmədə "Yol ver" nişanının çox geridə qaldığı bildirilib:
"Hərəkətin intensivliyinə və istiqamətlər üzrə zolaqların sayına baxanda Mirzağa Əliyev küçəsi tərəfdən gələnlərin soldan üç zolaqla hansı məqsədlə gözlədiyi müəmmalıdır. Məntiqlə düşünəndə ən sol zolaqdakılar düzünə hərəkət edir. Bunu da tənzimləmək üçün əvvəldə zolaqlar üzrə hərəkəti göstərən məlumatverici nişan olmalıdır".
Vurğulanıb ki, Azərbaycan prospektindən gələnlərin sayı ilə digər istiqamətdən gələnlərin sayındakı kəskin fərq, həm də "Yol ver" nişanının tam kəsişmə nöqtəsində olmaması çaşqınlıq yaradır:
"Yaxşı olar ki, mobilliyi təmin etmək üçün "Yol ver" nişanı Mirzağa Əliyev küçəsi ilə gələnlərin yalnız sağ zolağına aid edilsin. Çünki əksər hallarda o zolaqdan gələnlər irəlidə sağa manevr edir".
Ətraflı süjetdə:
Seçilən
26
50
oxu.az

10Mənbələr