AZ

Sərbəst və yunan-Roma güləşi üzrə U-15 Azərbaycan çempionatının seçimlərinə start verilib

Sərbəst və yunan-Roma güləşi üzrə U-15 Azərbaycan çempionatının seçimlərinə start verilib.

"Report" xəbər verir ki, bu məqsədlə sərbəst güləş üzrə Bakı çempionatı keçirilib.

Şağan Olimpiya İdman Kompleksində təşkil edilən yarışda 213 güləşçi iştirak edib.

Yarışın nəticələrinə əsasən Cavanşir Süleymanov (38 kq), Süleyman Şirinov (41 kq), Ramal Aslanov (44 kq), Tamerlan Namazlı (48 kq), Məhəmməd Əhmədzadə (52 kq), Elcan Həsənov (57 kq), Məhəmməd Həsənli (62 kq), Həsən Cabbarov (68 kq), Elvin Necəfzadə (75 kq) və İbrahim Ağakişiyev (85 kq) qızıl medal qazanıb.

Seçilən
26
1
report.az

10Mənbələr