Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər həyata keçiriblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, əməliyyat yolu ilə rayon sakinindən müvafiq sənədləri olmayan 1 ədəd tüfəng aşkarlanıb.
Aparılan profilaktik tədbirlər nəticəsində isə sənədləri olmayan 10 ədəd tüfəngi vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.