AZ

Zaxarova Dudanın sözlərini ziddiyyətli adlandırıb

Rusiya Polşa prezidenti Anjey Dudanın Varşavanın Ukrayna üzrə danışıqlarda iştirakının zəruriliyi ilə bağlı bəyanatlarını ziddiyyətli hesab edir...

Poliqon xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Onlar başa düşməlidirlər ki, danışıqlar masası vəziyyətin gərginləşməsinə aparan üsulları deyil”,  diplomat bildirib.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib ki, danışıqlar prosesi zamanı Qərb ölkələrinin nümayəndələri Kiyevə silah tədarükünü davam etdirərkən və onun son ukraynalıya qədər döyüş əməliyyatları aparmasını təmin etmək üçün hər şeyi etdikcə sülh prosesinə nail olmaq mümkün olmayacaq.

Qeyd edək ki, fevralın 3-də Duda “Financial Times” qəzetinə müsahibəsində deyib ki, Varşava Ukrayna ilə bağlı danışıqlarda iştirak etməlidir. Polşa liderinin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp başqa ölkələri danışıqlar masasına dəvət etsə, Polşanın iştirakı Ukraynanın maraqlarına uyğun olardı.

Poliqon.info

Seçilən
55
50
poliqon.info

10Mənbələr