Prezident Donald Trampın rəhbərlik etdiyi yeni Amerika administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) işçilərini 30 dəfədən çox ixtisar etməyi planlaşdırır - dünya üzrə indiki 10 min nəfərdən 294-ə qədər.
“Report” xəbər verir ki, bu barədə Reuters xəbər agentliyi məlumat yayıb.
Agentlik adı açıqlanmayan dörd şəxsə istinad edərək bildirib ki, USAID-in bəzi əməkdaşları artıq işdən çıxarıldıqları barədə bildirişlər alıblar.
Bundan əvvəl “ABC” telekanalı məlumat verib ki, ABŞ Dövlət Departamenti USAID-in bütün əməkdaşlarını fevralın 8-dək xaricdəki missiyalardan geri qaytarmağı planlaşdırır.
“Politico” qəzeti isə bildirib ki, Amerika administrasiyası agentliyin Vaşinqtondakı qərargahının demək olar ki, bütün əməkdaşlarını məzuniyyətə göndərmək niyyətindədir.