AZ

Qrenlandiyadan Avropanı şoka salan addım

Danimarkanın tərkibində muxtariyyət statusunda olan dünyanın ən böyük adası Qrenlandiyada hakim partiya müstəqilliyə dair referendumu keçirməyi planlaşdırır.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Reuters məlumat yayıb.

Hakim partiya Danimarka Krallığında adanın genişləndirilmiş muxtariyyəti haqqında qanuna əsaslanır. Qanunda yer alan maddələrdən biri  Qrenlandiyanın tam müstəqilliyinə dair danışıqlara imkan verir.

Hakim partiyanın sözçüsü Doris Censen deyib ki, ölkələri müstəqil dövlət statusu alana qədər danışıqlarda rəsmi iştirak imkanları məhdud olacaq.

Seçilən
26
heftelik.az

1Mənbələr