AZ

Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri - BƏLLİ OLDU

Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) 2 tenderə yekun vurub.

Dövlət qurumları ofis icarəsinə milyonlar xərcləyir – QURUMLAR, MƏBLƏĞLƏR, İCARƏDƏN QAZANANLAR - SİYAHI

FED.az xəbər verir ki, hər 2 tender icarə xidmətinin satin alınması ilə bağlıdır.

Qeyd edək ki, dövlət qurumu tenderlərin qalibləri ilə toplamda 1 270 117 manat dəyərində müqavilələr imzalayıb.

Hər iki müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).

Daha detallı aşağıdakı cədvəldə :

Satınalma predmeti

Qalibin adı

Qalibin VÖEN-i

Məbləğ

1

Ofis sahələrinin icarəsi xidmətinin satın alınması

“Neptun” Birgə Azərbaycan-İngiltərə MMC

9900056131

518 314 AZN

2

Ofis sahələrinin icarəsi xidmətinin satın alınması

“Libra” MMC

1700271981

751 803 AZN

Seçilən
6
fed.az

1Mənbələr