AFFA "Vətən" - "Neftçi" oyununda baş verən hadisə ilə bağlı açıqlama verib.
AFFA U-17 Liqasının XXVI turunda keçirilən “Vətən” - “Neftçi” oyununda baş verən hadisə ilə bağlı AFFA-nın mətbuat xidməti açıqlama verib.
"Operativ Media" xəbər verir ki, AFFA İK-nin novbəti iclasında bununla bağlı qərar veriləcəyi bildirilib.
“AFFA U-17 Liqasında keçirilən “Vətən” – “Neftçi” oyununda təəssüf ki, xoşagəlməz hadisələr baş verib. AFFA olaraq baş verən hadisəni pisləyirik. Hazırda araşdırma aparılır və AFFA İntizam Komitəsinin növbəti iclasında bununla bağlı qərar veriləcək”.