AZ

Məhkəmə gömrük qaydalarını pozan şirkəti cərimələyib

Məhkəmə gömrük qaydalarını pozan "Abşeron-Şərab" şirkətinə cərimə kəsib.

"Abşeron-Şərab" ASC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

Operativ Media-nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən firma barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş ASC ilə bağlı müraciətə baxılıb.

Hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 70 manatdan 100 manatadək məbləğdə, hüquqi şəxslər 250 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

Seçilən
52
operativmedia.az

1Mənbələr