AZ

İran pilotsuz uçuş aparatları üçün ilk təyyarədaşıyan gəmisini təqdim edib

İran ilk pilotsuz təyyarə daşıyıcısını təqdim edib.

Fins.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb. 

“İranın Şahid Baqiri adlı ilk pilotsuz təyyarə daşıyıcısı cümə axşamı səhər saatlarında nümayiş etdirilib”, - məlumatda deyilir. Nəşr müxtəlif tipli PUA-ların yerləşdirildiyi təyyarədaşıyan gəminin fotoşəkillərini dərc edib.

Xatırladaq ki, yanvar ayında İslam İnqilabı Keşikçiləri Korpusu biri Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını ödəyən iki yeraltı hərbi baza elan etmişdi. Bundan əlavə, 4 min km-ə qədər məsafədə 13-ə qədər döyüş başlığı daşıya bilən super ağır Qəzza pilotsuz təyyarəsi təqdim edildi.

Seçilən
27
fins.az

1Mənbələr