Kelloq: Tramp Ukraynada sülh üçün Rusiyaya sanksiyalarla təzyiq etməyə hazırdır...
ABŞ prezidentinin Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloq bildirib ki, Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiyaya yeni sanksiya təhdidi ilə təzyiq edir.
Poliqon xəbər verir ki, bu barədə “TheNew York Post” qəzeti məlumat yayıb.
Kelloq qeyd edib ki, artıq tətbiq edilmiş böyük həcmdə sanksiyalara və Rusiya iqtisadiyyatının sübut edilmiş dayanıqlığına baxmayaraq, Rusiyaya sanksiya təzyiqi göstərmək mümkündür.
“Tramp Ukraynada müharibəyə son qoymaq üçün Rusiyaya qarşı Amerika sanksiyalarını sərtləşdirməyə hazırdır. Biz həqiqətən də sanksiyaları, xüsusən də son sanksiyaları (neft hasilatı və ixracı ilə bağlı) sərtləşdirə bilərik”, deyə Kelloq bildirib.
Poliqon.info