AZ

AFFA: Aşağı liqa oyununda baş vermiş insident araşdırılır

Bakı, 6 fevral, AZƏRTAC

AFFA U-17 Liqasının XXVI turunda keçirilən “Vətən” - “Neftçi” oyununda baş verən hadisəyə münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, milli assosiasiyanın yaydığı açıqlamada qeyd olunub:

“AFFA U-17 Liqasında keçirilən “Vətən” – “Neftçi” oyununda təəssüf ki, xoşagəlməz hadisələr baş verib. AFFA olaraq baş verən hadisəni pisləyirik. Hazırda araşdırma aparılır və AFFA İntizam Komitəsinin növbəti iclasında bununla bağlı qərar veriləcək”.

Seçilən
25
8
azertag.az

10Mənbələr