AZ

Məhkəmə İlon Maskın ABŞ Xəzinədarlığına girişini məhdudlaşdırıb

Məhkəmə

Federal hakim ABŞ Xəzinədarlığına ödəniş sistemindəki məlumatları üçüncü şəxslərlə paylaşmağı qadağan edib.

Reyting.az
“Financial Times”ə istinadla xəbər verir ki, bu, milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) fəaliyyətinə cavab addımıdır.

Qeyd olunur ki, DOGE dövlət xərclərinin azaldılmasının tərəfdarıdır. Agentlik federal icra departamenti olmasa da, ABŞ Xəzinədarlığının məlumatlarına çıxışı var idi.

Nəşr yazır ki, hakim Colleen Kollar-Kotelli, İlon Mask komandasının Sosial Müdafiə və Medicare ödənişləri də daxil olmaqla, hər il trilyonlarla dollar xərcləyən bir sistemə çıxış əldə edərək, Xəzinədarlığın pul köçürmələrini sürətlə kəsdiyi ilə öyündükdən sonra müvəqqəti qərar çıxarıb.

Milyarderin açıqlaması dövlət qulluqçularının və təqaüdçülərin məhkəməyə müraciət etməsinə səbəb olub. Nəşr əlavə edib ki, onlar DOGE-nin xəzinədarlığın məxfi məlumatlarına çıxışa qadağa tələb ediblər.

ABŞ Prezidenti Donald Tramp administrasiyası məhkəməni yalnız iki DOGE emissarının - “Cloud Software” qrupunun rəhbəri Tom Krause və 25 yaşlı proqramçı Marko Elezin məxfi məlumatlara çıxışı olduğuna əmin olmasına baxmayaraq, hakim yenə də hər hansı məlumatın Xəzinədarlıqdan kənara ötürülməsini qadağan edən qərar verib.

V. QULİYEV
Seçilən
30
reyting.az

1Mənbələr