Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın bütün administrasiyası Ukraynamünaqişəsinin nizamlanması üçün həll yollarının axtarılmasına cəlbolunub.
Trend xəbər verirki, bunu Ağ Ev rəhbərinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsiKit Kelloq bildirib.
“Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması –həqiqətən, bütün administrasiyanın işidir, bu ümumhökumətyanaşmasıdır. Bizim milli təhlükəsizlik üzrə bütün komandamız -prezident, vitse-prezident, milli təhlükəsizlik üzrə müşavir,dövlət katibi və maliyyə naziri, Ağ Evin Milli Təhlükəsizlik Şurasıbu məsələni müzakirə edirlər. Hamısı birgə işləyir”, - deyə o “NewYork Post”a verdiyi müsahibədə bildirib.
Bu arada ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı iddiaolunan sülh planı Britaniya mətbuatına sızıb. Bu barədə "DailyMail" öz mənbələrinə istinadən məlumat dərc edib.
Nəşrin yazdığına görə, prosesin ilk mərhələsində ukraynalılideri Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putinarasında telefon danışığı təşkil olunacaq, fevral ayının sonunakimi və ya martın əvvəlində isə müharibə edən ölkələrin dövlətbaşçıları təkbətək görüşməlidirlər. Məqaləyə əsasən, bunlar baştutandan sonra ABŞ sülh sazişinin bağlanması üçün Ukraynamünaqişəsinin nizamlanması ilə bağlı beynəlxalq konfrans təşkiledəcək.