AZ

ABŞ maliyyə naziri Dolların güclü olmasını istədiklərini bildirib

ABŞ-nin maliyyə naziri Scott Bessent, ABŞ-ın Prezident Donald Tramp dövründə "güclü dollar" siyasətini davam etdiriləcəyini deyib.

Marja xəbər verir ki, Bessent, "Biz dolların güclü olmasını istəyirik. İstəmədiyimiz şey digər ölkələrin valyutalarını zəiflətməsi və onların ticarətlərini manipulyasiya etmələridir" deyib. 

Bessent, güclü dollar üçün mühit yaradacaq ən yaxşı siyasətlərə sahib olmaq istədiklərini vurğulayıb. 

Borclanma tendensiyasının azalmasından məmnunluğunu qeyd edən Bessent, yaxın gələcəkdə xəzinə emissiyasının həcmində hər hansı bir dəyişiklik olacağını düşünmədiyini bildirib.

Bessent, Tramp administrasiyasının FED-in faizləri endirib-indirməyəcəyinə deyil, 10 illik xəzinə istiqrazlarının faizini azaltmağa yönəlmiş siyasət addımlarına fokuslandığını vurğulayıb və bunun Trampın siyasətləri ilə təbii olaraq azalacağını düşündüyünü qeyd edib.

Bessent, FED sədri Jerome Powell ilə ilk konstruktiv görüş keçirdiyini və pul siyasətinə gəldikdə, Powellin "doğru şeyi" edəcəyinə əmin olduğunu söyləyib.

Seçilən
20
marja.az

1Mənbələr