"Qalatasaray" "Trabzonspor" forması geyinən 24 yaşlı sol cinah müdafiəçisi Eren Elmalının transferində son mərhələdədir.
Offsideplus.az türk idman jurnalisti Yağız Sabuncuoğluna istinadən xəbər verir ki, "cimbom" türk müdafiəçi üçün bonuslarla birlikdə 5 milyon avro təklif edib.
Qeyd edək ki, yanvarın ortalarında da eyni təşəbbüs olsa da, tərəflər ödəniş üsulunda ortaq məxrəcə gələ bilmədiyinə görə transfer baş tutmadı.
Hüseyn Rəşadoğlu