AZ

Kürdəmirdə şagird məktəb yoldaşına xəsarət yetirib

Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdinin digər bir şagird yoldaşına xəsarət yetirməsi barədə məlumat yayılıb.


AzEdu.az xəbər verir ki, 07 fevral 2025-ci il tarixdə Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi həmin məktəbin 11-ci sinif şagirdinə xəsarət yetirib.


Xəsarət almış şagird tibb müəssisəsinə aparılıb.


Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.


Şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır.

Seçilən
8
15
azedu.az

10Mənbələr