AZ

Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədovla vida mərasimi keçirilir

İmişli rayonu Səmədabad kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Tərlan Fikrət oğlu Məmmədovun meyitinin qalıqları Yevlax rayonuna gətirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, şəhidin nəşi Yevlax şəhərində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Tərlan Fikrət oğlu Məmmədov 1975-ci ildə Yevlax şəhərində anadan olub. O, 1994-cü ilin yanvarında Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

T.Məmmədov Yevlax şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

Seçilən
49
9
report.az

10Mənbələr