AZ

“Azərpoçt”un İT infrastrukturunun yenilənməsi hansı mərhələdədir? (ÖZƏL)

Bakı. Trend:

İT infrastrukturu fiziki infrastruktur və proqram təminatıolaraq iki hissəyə ayrılır. Fiziki infrastruktur demək olar ki,yekunlaşmaq üzrədir. Proqram təminatının yenilənməsi üçün isə 3-5il vaxt lazımdır.

Bu sözləri Trend-ə açıqlamasında “Azərpoçt” MMC-nin İdarə Heyətisədrinin vəzifələrini icra edən İsi Mustafayev bildirib.

O qeyd edib ki, kompüterlərin, printerlərin, avadanlıqlarındəyişdirilməsi, şəbəkə avadanlıqlarnın yenilənməsi və s. digərfiziki infrastruktura aid edilən işlər yekunlaşmaq üzrədir. Ammaproqram təminatını yeniləmək qısa müddətdə mümkün deyil:

“15 il ərzində işlədilən proqram təminatını bir il ərzindədəyişmək mümkün deyil. İnternet bankçılıq, mobil bankçılıq əvvəlbizim sistemin içərisində idi. Bunları ayrılıqda modul formasındahazırladıq və mövcud sistemin içərisində o funksionallığısöndürdük. Bu il içərisində pul köçürmələri, hesabların açılması vədigər funksionallığı da ayrıca modul formasında hazırlayandan sonrafunsionallığı mövcud sistemin içərisində söndürəcəyik”.

Transformasiya layihəsi çərçivəsində İT infrastrukturununmodernizasiyasına xarici ekspetlərin cəlb edildiyini bildirən İsiMustafayev onların da əsas rəylərinin vahid bir sisteminolmasındansa, mikromodullu sistemin olmasının daha düzgün olmasıistiqamətində olduğunu deyib:

“Buna görə də, mikromodullu sistemə keçidin bundan sonrakı tarixüçün 3-5 il müddətində həyata keçirilməsi planlaşdırılıb. Çünkimövcud funkisonallığı bir-bir tətbiq etmək, hər biri üçün ayrıcamodul hazırlanması kifayət qədər resurs və vaxt tələb edir. Bundanəlavə, maliyyə xidmətləri üzrə Mərkəzi Bankın çoxsaylı tələblərimövcuddur. Həmin tələblərə əməl etmək üçün hazırladığımız modullariçərisində inteqrasiyalar, müəyyən təkmilləşdirmə işləriolmalıdır”.

“Bundan əlavə, yeni modullarla yanaşı, mövcud modullarıntəkmilləşdirilməsi də müəyyən vaxt tələb edir. Modulun hazırlanmasıprosesin yekunlaşması demək deyil. Mərkəzi Bankın, müştərilərin vəs. bir çox digər tələblər yaranır ki, buna görə də hər zaman bumodulları təkmilləşdirmək məcburiyyəti yaranır. Bu da, əlavə vaxtvə resurs tələb edir. Buna görə də, bu proseslər bu qədər uzanır”,- deyə o, əlavə edib.

Seçilən
33
az.trend.az

1Mənbələr