Gürcüstanın baş naziri İrakli Kobaxidze bilirib ki, Avropa İttifaqına üzvlük danışıqları prosesində Brüssel daha çevik olmalıdır.
Hafta.az-ın yazdığına görə, baş nazir deyib ki, Gürcüstanın Avropa bürokratiyasına kifayət qədər ciddi çağırışları var, lakin ölkənin 2030-cu ildə Avropa İttifaqına üzv olacağı baxımından nikbin əhvali-ruhiyyədədir.
“Biz qətiyyətlə bu məqsədə doğru irəliləməyə davam edəcəyik və ümid edirik ki, növbəti illərdə Gürcüstana münasibət daha ədalətli olacaq” – baş nazir bildirib.
İrakli Kobaxidzenin qiymətləndirməsinə əsasən, bu gün ölkəsi ilə Aİ arasında sağlam münasibətlərin olmamasının səbəbi Gürcüstanın deyil, məhz Avropanın Gürcüstana qarşı bürokratik siyasətidir və əgər bu münasibət dəyişsə, hər şey düzələcək.
“Münasibətlərimizin indiki vəziyyəti bizim üçün qəbuledilməzdir. Biz Avropa İttifaqı ilə bu mərhələdə görmədiyimiz sağlam münasibətlərdə maraqlıyıq”, - İrakli Kobaxidze bildirir.