Lənkəranda yağan intensiv yağış nəticəsində 505 evin həyətyanı sahəsini və 10-a yaxın təsərrüfatı su basıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, fevralın 5-dən başlayaraq yağan yağışlar nəticəsində Lənkəran rayonunda bir sıra çaylarda, o cümlədən Ləkərçayda sululuq səviyyəsi artıb, subasma halları yaranıb.
Rayonun yaşayış məntəqələrində ümumilikdə 505 evin həyətini və 10-a yaxın təsərrüfatı su basıb.
Lənkəran rayon Fövqəladə Hallar Komissiyası tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə subasmanın fəsadlarının aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görülüb. Subasmanın fəsadları aradan qaldırılıb, təxliyə olunmuş 3 ailə (22 nəfər) evlərinə qayıdıb, Şiləvar kənd qəbristanlığından suyun çəkilməsi prosesi davam edir.
***
12.54
Lənkəranda intensiv yağış nəticəsində qəbiristanlığı su basıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, 2 gündür Lənkəranda yağan intensiv yağışlar nəticəsində Lənkəran rayonunun Şiləvar kəndi ərazisində yerləşən "Yeni qəbiristanlıq" yağış suları ilə dolub. Onlarla qəbir su altında qalıb, qəbirlərə ziyan dəyib.
FHN-nin Cənub Regional Mərkəzinin əməkdaşları əraziyə cəlb olunub, tədbirlər görülür.
Hazırda rayon ərazisində yağışlı hava şəraiti davam edir.
![Lənkəranda](https://apa.az/storage/news/2025/february/07/small/67a5cab5e7f6867a5cab5e7f691738918581b0fb9dfa827505fd872d5070ba635931.jpeg)
![Lənkəranda](https://apa.az/storage/news/2025/february/07/small/67a5cab633fa067a5cab633fa21738918581e230b3e6466b284c694d69206e5cde5a.jpeg)
![Lənkəranda](https://apa.az/storage/news/2025/february/07/small/67a5cab66ddf667a5cab66ddf8173891858129cf64435acbcdddd9ee27913bc162b2.jpeg)
![Lənkəranda](https://apa.az/storage/news/2025/february/07/small/67a5cab6aad5b67a5cab6aad5d173891858102c7c94d687799c551775f34860f812a.jpeg)
![Lənkəranda](https://apa.az/storage/news/2025/february/07/small/67a5cab702d9267a5cab702d941738918581e1325db9ceb99a3ee7e6f4e1c6ec7c5e.jpeg)
![Lənkəranda](https://apa.az/storage/news/2025/february/07/small/67a5cab73632167a5cab73632317389185812b0f0d574f11ef79d49eb45f1255c46c.jpeg)
![Lənkəranda](https://apa.az/storage/news/2025/february/07/small/67a5cab76bc6867a5cab76bc6a1738918581258c36e82f844e5f2d5b79e34211a971.jpeg)
![Lənkəranda](https://apa.az/storage/news/2025/february/07/small/67a5cab7a365067a5cab7a365117389185815e699dacdb10b2f17504317b3f961765.jpeg)
![Lənkəranda](https://apa.az/storage/news/2025/february/07/small/67a5cab7d548f67a5cab7d549117389185816190a0f5a2df130812d9409736f3e412.jpeg)