
Ağcabədidə itkin düşən 17 yaşlı oğlanın cəsədi tapılıb."Ulusum".az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, fevralın 6-da Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində batmış 2008-ci il təvəllüdlü Həsənov Adil Əkbər oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Diqqət Çəkənlər
Şəxsi Sirlər: bəzən susmaq daha yaxşıdır
Ərdoğan Azərbaycan səfirinə mükafat verdi
Hərbi Prokurorluq: Bu il hərbi cinayətlərin 100% açılıb