Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbdə xəsarət yetirilən 2008-ci il təvəllüdlü oğlanın vəziyyəti orta ağırdır...
Bu barədə TƏBİB-dən məlumat verilib.
"Bu gün saat 11:45 radələrində xəsarət alması səbəbilə 2008-ci il təvəllüdlü oğlan təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub. Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilib",- məlumatda qeyd olunub.
Bildirilib ki, xəsarət alan şəxs dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
***
Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdinin digər bir şagird yoldaşına xəsarət yetirməsi barədə məlumat yayılıb.
Məsələ ilə bağlı bildiririk ki, 07 fevral 2025-ci il tarixdə Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi həmin məktəbin 11-ci sinif şagirdinə xəsarət yetirib.
Xəsarət almış şagird tibb müəssisəsinə aparılıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır.
Poliqon.info