AZ

700 MANATLIQ YENİ NƏSİL GEN TESTLƏRİNƏ 14 MİLYON VƏSAİT TOPLANIB

GƏLƏCƏK XƏSTƏLİKLƏRİ AŞKAR EDİR
Yeni nəsil genetik testlərin hazırlanması üçün 14 milyon dollar vəsait toplayıb. Buna səbəb Təsisçilər Fondundan Delian Asparuhov Nucleus Genomics platformasında genetik testdən keçməsi olub. Aspaurov şizofreniya, prostat vəzi xərçənginə meylli olduğunu öyrənibb və yüksək IQ imkanlarından xəbərdar olub.
Bu məlumat Asparuhovu şirkətin imkanlarını genişləndirmək üçün Nucleus komandasına qoşulmağa ruhlandırıb. Startap 800-dən çox xəstəliyə meylliliyi müəyyən etməyə kömək edən genetik testlər təklif edir. Testin qiyməti 400 dollardır.
Sadeqi və Asparuhov hesab edirlər ki, genetik məlumat əldə etmək insanlara öz sağlamlıqları və həyatları ilə bağlı daha məlumatlı qərarlar qəbul etməyə kömək edəcək.
Genetik testlərin 4 növü var:

  1. İrsiyyət testləri: Ailə tarixi əsasında hansı irsi xəstəliklərin mümkün olduğunu müəyyənləşdirir.
  2. Dərmanylara yan təsir testləri: Hansı dərmanların daha yaxşı təsir etdiyini və ya yan təsirləri daha çox olduğunu öyrənə bilərsən.
  3. Xəstəlik riskləri testləri: Məsələn, xərçəng, ürək xəstəlikləri kimi halların riski barədə məlumat verir.
  4. Yüksək həssaslıq testləri: Bəzi qidalar və ya ətraf mühit faktorları haqqında genetik həssaslığı qiymətləndirə bilər.
    Xatırladaq ki, ölkəmizdə də genetik meylliyi müəyyən edən müxtəlif laboratoriyalar var.
Seçilən
26
medicalmedia.az

1Mənbələr