AZ

Lənkəranda qəbristanlığı su basdı - VİDEO

Lənkəran şəhərinin "Kürə" deyilən ərazisində qəbristanlığı su basıb.   Manset.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.  Videodan aydın olur ki, 2 gündür yağan güclü yağış rayonun müxtəlif ərazilərində subasmalara səbəb olub. 

Xatırladaq ki, bu gün saat 09:00-a olan məlumata görə, düşən yağıntının miqdarı Astarada 32, Lənkəranda 17, Biləsuvarda 12, Tərtərdə 11, Beyləqanda 10, Ağdamda 8, İmişlidə 6, Cəfərxanda 5, Yevlax, Sabirabadda 4, Mingəçevir, Zərdab, Şəkidə 3, Mingəçevir, Oğuzda 2, Kürdəmir, Bərdə, Göyçay, Qəbələ, Qobustan, İsmayıllı, Ceyrançöl, Tovuz, Zaqatala, Balakən, Ağstafa, Naxçıvanda 1 mm-dək qeydə alınıb.

Seçilən
12
manset.az

1Mənbələr