ATMU-dan TNS-ə verilən xəbərə görə, nümayəndə heyətinin tərkibi Qarabağ Universitetinin rektor müşaviri Hamiz Mahmudov, universitetin dekanı Ceyhun Məmmədov və Ankara Hacı Bayram Vəli Universitetindən Qarabağ Universitetinə qonaq professorlar qismində dəvət olunmuş Evrən Güçər və Metexan Tolondan ibarət olub.
ATMU-nun rektoru İlham Mədətov qonaqları rəhbərlik etdiyi ali təhsil müəssisəsində salamlamaqdan məmnunluğunu bildirib. Rektor universitetin yaranma tarixi, tədris sisteminin təşkili, təhsil proqramları, beynəlxalq əlaqələrin inkişaf tendensiyası və digər məsələlər haqqında ətraflı məlumat verib və ATMU olaraq Qarabağ Universiteti ilə akademik əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarını vurğulayıb.
Daha sonra Qarabağ Universitetinin rektor müşaviri Hamiz Mahmudov çıxış edərək Qarabağ Universitetində görülən işlər və qarşıdakı planlar haqqında məlumat verib. Görüşdə Xankəndi şəhərində Ankara Hacı Bayram Vəli Universiteti və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə keçirilməsi planlaşdırılan 6-cı Beynəlxalq Səyahət və Turizm Dinamikası Konfransına dair məsələlər də müzakirə edilib. Qarabağ Universiteti və Ankara Hacı Bayram Veli Universitetinin birgə təklifi ilə ATMU bu konfransın təşkilində tərəfdaş universitet kimi iştirak edəcəkdir.
Konfransın əsas mövzusu turizmin mərkəzində dayanan “Mədəni irs” olaraq müəyyən edilib. Məqsəd mədəni irsin qorunması, yenidən şərh edilməsi və davamlılıq çərçivəsində turizm vasitəsilə necə transformasiya olunduğunu müzakirə etməkdir.
10Mənbələr
-
yeniazerbaycan.comHesablama Palatası ilə Naxçıvan Dövlət Universiteti arasında memorandum imzalanıb ( 15557831)
-
az.trend.azHesablama Palatası Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb ( 15553931)
-
missiya.azHesablama Palatası Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq edəcək - FOTOLAR ( 15553813)
-
newscenter.azHesablama Palatası Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq edəcək ( 15553785)
-
report.azHesablama Palatası Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq edəcək ( 15553765)
-
tehsil.bizHesablama Palatası ilə Naxçıvan Dövlət Universiteti elmi-praktik əlaqələrini inkişaf etdirəcək ( 15553569)
-
report.azAİİ İstanbul 29 Mayıs Universiteti ilə növbəti tələbə mübadiləsini həyata keçirəcək ( 15553249)
-
tehsil.bizHesablama Palatası ilə Naxçıvan Dövlət Universiteti arasında memorandum imzalanıb ( 15549705)
-
azertag.azHesablama Palatası ilə Naxçıvan Dövlət Universiteti arasında memorandum imzalanıb ( 15549431)
-
ictimairey.azUNEC ilə Türkiyənin Kırşehir Ahi Evran Universiteti arasında memorandum imzalanıb – FOTO ( 15541271)