AZ

Emin Əmrullayev: "Sponsorluq müqaviləsi "Neftçi"nin strateji inkişafı üçün önəmlidir"

Bu müqavilə "Neftçi"nin strateji inkişafı üçün önəmlidir.

Bakıvaxtı.az-ın Report-a istinadla məlumatına görə, bu fikirləri "Neftçi"nin İdarə Heyətinin üzvü Emin Əmrullayev "Palms Sports" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladıqları tədbirdə deyib.

O, paytaxt təmsilçisinin dayanıqlı inkişafı üçün işlərin görülməli olduğunu bildirib:

"Neftçi" Azərbaycan futbolunun simasıdır. Hazırkı durum azarkeşlərin xoşuna gəlmir. "Neftçi"yə yalnız birinci yer yaraşır. Biz müvəqqəti yox, uzunmüddətli nəticənin arxası ilə düşəcəyik. Asan proses deyil. Amma bütün bunlar klubun maliyyə dayanıqlılığından asılıdır".

Seçilən
31
1
bakivaxti.az

10Mənbələr