AZ

10-cu sinif şagirdlərin davası qanla bitdi

Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi digər məktəbli yoldaşına xəsarət yetirib.

Metbuat.az xəbər verir ki, TƏBİB-dən xəsarət alan şagirdlə bağlı məlumat verilib.

Bildirilib ki, xəsarət yetirilən 2008-ci il təvəllüdlü oğlanın vəziyyəti orta ağırdır.

"Bu gün saat 11:45 radələrində xəsarət alması səbəbilə 2008-ci il təvəllüdlü oğlan təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub. Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilib",- məlumatda qeyd olunub.

Qeyd edilib ki, xəsarət alan şəxs dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Seçilən
14
10
metbuat.az

10Mənbələr