AZ

Azərbaycanda iqtisadi inkişafı sürətləndirmək üçün nə etməli? QHT sədrindən AÇIQLAMA

“Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli Nağıyev QHT.az-a açıqlamasında ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı üçün həyata keçirilən Dövlət Proqramları və görülən tədbirlərin əhəmiyyətindən danışıb.

QHT sədri bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə xidmət və aqrar sahələrin inkişafı əsas prioritetlərdən biridir:

"Məlumdur ki, Azərbaycanda iqtisadiyyatın demək olar ki, bütün sahələrinin inkişafı istiqamətində Dövlət Proqramları hazırlanmış və bu sahələrin inkişafı məqsədi ilə mütəmadi tədbirlər həyata keçirilir. Ona görə də, Respublikamızda bir çox iqtisadi sahələr artan dinamika ilə inkişaf etdirilir. Qeyd etmək lazımdır ki, qeyri neft sektorunun, əsəsən də xidmət və aqrar sahələrin inkişafı bu gün əsas diqqət mərkəzindədir. Ancaq, qeyd etmək lazımdır ki, bir çox sahələrdə var ki, həmin sahələrin də inkişafı istiqamətində Dövlət proqramları olmasına baxmayaraq, yenə də geniş miqyaslı tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Belə sahələrə turizm sahəsinin aparıcı qolu olan alternativ turizmi göstərmək olar. Alternativ turizmin inkişafı isə əsasən regionların iqtisadi inkişafına dəstək olacaq Bununla belə, bəzi iqtisadi sahələrdə mövcud Dövlət Proqramlarına baxmayaraq, daha genişmiqyaslı tədbirlərə ehtiyac var. Bu kontekstdə Nağıyev alternativ turizmin inkişafını xüsusi vurğulayıb və onun regionların iqtisadi inkişafına mühüm töhfə verəcəyini qeyd edib".

Möhübbəli Nağıyev iqtisadi sahələrin davamlı inkişafı üçün beynəlxalq əməkdaşlığın və qlobal təcrübələrin öyrənilməsinin vacibliyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, beynəlxalq səviyyədə maarifləndirmə işlərinin gücləndirilməsi və iqtisadi biliklərin artırılması bu sahədə daha yüksək nəticələrin əldə olunmasına kömək edə bilər:

"İqtisadi sahələrin yüksək templə inkişafı üçün beynəlxalq əməkdaşlıq vacibdir. Əlbəttə ki, Azərbaycanda iqtisadiyyatın daha mükəmməl inkişafı istiqamətində beynəlxalq təcrübələrə daha çox diqqət yetirilir. Ancaq, qeyd edim ki, iqtisadi sahədə və beynəlxalq səviyyədə maariflənmə sayəsində daha yüksək nəticələr əldə etmək olar. Bu da, onu deməyə əsas verir ki, ölkəmizdə iqtisadi inkişafa nail olmaq üçün dövlət qurumlar, özəl sektor və ictimai təşkilatlar birgə fəaliyyət göstərməlidirlər".

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
15
qht.az

1Mənbələr