MHP lideri Dövlət Baxçalı əməliyyat olunub.
Demokratikmusavat.comxəbər verir ki, o, ürək əməliyyatı keçirib.
Siyasətçinin ürək qapağında degenerasiya əlamətləri aşkar edilib. Fevralın 6-da əməliyyat olunan Baxçalının ürək qapağı invaziv yolla dəyişdirilib.
O özünü yaxşı hiss edir.
Baxçalı əməliyyatdan sonra Türkiyədəki dəhşətli zəlzələnin ikinci ildönümü ilə bağlı açıqlaması olub.
"Ürəksiz kütləyə baxmayaraq, 6 fevralın izləri silinir. Zəlzələ bölgəsini əvvəlkindən daha təhlükəsiz etmək bizim ləyaqət məsələmizdir", - o qeyd edib.
Mürtəza
Demokratikmusavat.com