AZ

Məktəblərdə bıçaqlanan şagirdlərin günahı kimdədir? – Psixoloqdan MÜHÜM AÇIQLAMALAR

Xəbər verdiyimiz kimi, Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib. Rəstəcə kənd tam orta məktəbin 9 -cı sinif şagirdi, 2009-cu il təvəllüdlü M. H. ilə sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Məktəbli sinif yoldaşına bıçaqla xəsarətlər yetirib.

Məktəblərdə bu cür münaqişələr hansı səbəblərdən qaynaqlanır? Şagirdlər arasında zorakılığın artmasının əsas səbəbləri nələrdir? Bu cür hadisələrin qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirlər həyata keçirilməlidir?

Mövzu ilə bağlı Medianews.az-a danışan Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, məktəblərdə zorakılıq hallarının artması cəmiyyət üçün ciddi narahatlıq doğuran məsələlərdən biridir.

Psixoloq Elnur Rüstəmov: Bu gün bizim ən böyük problemlərimizdən biri rejimsizlikdir - "İki sahil"

Psixoloqun sözlərinə görə, bu cür münaqişələrin yaranmasının psixoloji, sosial və ailəvi səbəbləri var: “Uşaqların aqressiv davranış nümayiş etdirməsi onların emosional tənzimləmə bacarıqlarının zəif olması ilə bağlıdır. Bəzi yeniyetmələr isə güclü görünmək və sinif yoldaşları arasında nüfuz qazanmaq üçün zorakılığa əl atırlar. Onlarda empatiya hissinin yetərincə inkişaf etməməsi digər insanlara qarşı aqressiv davranışı artırır. Xüsusən evdə zorakılıqla qarşılaşan uşaqlar eyni davranışı çox zaman məktəb mühitinə daşıyırlar. Onlarda problemləri dinc yolla həll etmə bacarıqlarının formalaşmaması münaqişələrin zorakılıqla nəticələnməsinə səbəb olur. Eyni zamanda cinayətkar qruplarla ünsiyyət və sosial şəbəkələrdə zorakılığı təbliğ edən məzmunların izlənilməsi də şagirdlərə mənfi təsir göstərir. Ona görə də məktəb rəhbərliyi və müəllimlərin münaqişələri vaxtında həll etməməsi şagirdlər arasında zorakılığa gətirib çıxarır”.

Nazirlik, məktəb, müəllim, direktor, sinifdəki şagirdlər… – Təhsil ocaqlarındakı zorakılıq səhnələrinin günahkarı kimdir? – ETİRAZ – Yeni Çağ Media

E.Rüstəmov qeyd edib ki, bu gün məktəblərdə yayılan kiberbullinq zorakılığa səbəb olur: “Bullinq geniş yayıldıqda, şagirdlər özlərini qorumaq və ya qisas almaq üçün zorakılığa əl ata bilərlər. Bu cür halların qarşısını almaq üçün məktəblərdə və ailələrdə bir sıra qabaqlayıcı tədbirlər görülməlidir. Məktəblərdə psixoloqlar şagirdlərlə daha sıx işləməli, emosional və davranış problemlərini erkən aşkar edərək müdaxilə etməlidirlər. Şagirdlərə problemləri dinc yolla həll etməyi öyrədən psixoloji seminarlar və təlimlər keçirilməlidir. Dərslər və maarifləndirmə kampaniyaları vasitəsilə şagirdlərə empatiya və hörmətin önəmi aşılanmalıdır. Məktəblərdə nəzarət mexanizmləri gücləndirilməli, şagirdlər arasında zorakılıq hallarının qarşısını almaq üçün monitorinq sistemləri qurulmalıdır. Bütün şagirdlər üçün bərabər hüquq və hörmətə əsaslanan bir məktəb mühiti yaradılmalıdır. Burada əsas məsuliyyət valideyn üzərinə düşür. Valideynlər uşaqların davranışlarını izləməli, məktəblə mütəmadi əlaqədə olmalıdırlar. Əlbəttə ki, valideynlərə psixoloji maarifləndirmə verilməli, zorakılıqla tərbiyə üsullarının uşaqlar üzərindəki mənfi təsirləri izah edilməlidir. Cəmiyyət olaraq bu prosesdə hamımız aktiv olmalı, məsuliyyəti hiss etməliyik”.

Nailə Qasımova
Medianews.az

 

Seçilən
49
medianews.az

1Mənbələr