Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı danışmağı planlaşdırmır.
Bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərini “TASS” sitat gətirir.
"Xeyr, planlaşdırılmayıb,"- Kreml sözçüsü deyib.
2024-cü il dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Aktauda qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, 27 sərnişin və iki ekipaj üzvü sağ qalıb.
Oxuməni.az