AZ

Kürdəmirdə məktəbli 11-ci sinif şagirdinə xəsarət yetirib - YENİLƏNİB

Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbdə xəsarət yetirilən 2008-ci il təvəllüdlü oğlanın vəziyyəti orta ağırdır.

Bu barədə TƏBİB-dən bildirilib.

"Bu gün saat 11:45 radələrində xəsarət alması səbəbilə 2008-ci il təvəllüdlü oğlan təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub. Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilib",- məlumatda qeyd olunub.

Bildirilib ki, xəsarət alan şəxs dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

12:28
Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi digər məktəbli yoldaşına xəsarət yetirib.

Bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, fevralın 7-si Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi həmin məktəbin 11-ci sinif şagirdinə xəsarət yetirib:

"Xəsarət almış şagird tibb müəssisəsinə aparılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Həmçinin əlavə olunub ki, şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır.
 
 
 
 

Seçilən
13
20
7news.az

10Mənbələr