AZ

Bələdiyyə sədri: “Ali məqsədimiz vətəndaş məmnunluğudur”

Bələdiyyə sədri: “Ali məqsədimiz vətəndaş məmnunluğudur”

 

“Səbail Rayon ərazisində mütəmadi olaraq keçirdiyimiz səyyar görüşlərdə vətandaşları narahat edən məsələləri yaxından dinləyir, bələdiyyənin vəzifə səlahiyətləri daxilində olan problemləri həll etməyə çalışırıq. Vətandaşların problemini həll etmək bizim başlıca vəzifəmiz, onların rifah halının yaxşılaşdırılması işimizin əsas qayəsidir” – bu fikirləri Səbail bələdiyyəsinin sədri Hacı Əliyev QHT.az-a söyləyib.
Sədr əlavə edib ki, gerçəkşdirdiyimiz layihələr əsasən vətəndaş müraciətlərinə söykənir, çünki bizə həvalə edilən bu işdə ali məqsədimiz vətəndaş məmnunluğunun yüksəldilməsidir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına, bələdiyyənin iclasında təsdiq edilmiş proqrama əsasən mütəmadi olaraq rayon ərazisində vətəndaşlarla səyyar görüşlər və bələdiyyənin inzibati binasında qəbullar keçirilir. Səyyar-görüş və qəbula gəlməyə imkanı olmayan və bələdiyyənin qaynar xəttinə müraciət edən vətəndaşların evlərində də görüşlər keçirilir, onların istək və təklifləri dinlənir, sakinlərin problemlərini aradan qaldırmaq üçün bütün zəruri tədbirlər həyata keçirilir...”
Bir müddət öncə Səbail bələdiyyəsinin sədri Hacı Əliyev bələdiyyənin üzv və əməkdaşları ilə birgə rayonun Arif İsmayılov küçəsində yaşayan sakinlərlə görüş keçirərək ərazidə aparılan abadlıq-quruculuq işləri yaxından tanış olub. 
Görüş çərçivəsində həmçinin Birinci Qarabağ müharibəsi şəhidi İlham Həsən oğlu Həsənovun anası Tənzilə Həsənovanın  müraicəti əsasında Arif İsmayılov 25, ünvanında yaşamış şəhidin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə bələdiyyə tərəfindən xatirə lövhəsi quraşdırılıb. 
Səyyar-qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib. Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumlara yönləndirilib.
Səyyar görüşlərdə iştirak edən rayon ərazisində yaşayan sakinlər Səbail Rayon İcra Hakimiyyəti və Səbail bələdiyyəsi tərəfindən son illər ərzində görülmüş genişmiqyaslı işlərdən razılıqlarını ifadə edərək minnətdarlıqlarını bildiriblər.

////////////////////////////
 

Seçilən
21
qht.az

1Mənbələr