1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakının Nizami rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə polisə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla, həmin şəxsin əlavə gəlir qazanmaq adı ilə aldadılıb, 21 min manatdan artıq pul vəsaitinin ələ keçirilməsi məlum olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı A.Dilicani və 30 yaşlı T.Əliyev müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.