Bu məbləğ əvvəlki hərrac zamanı 47,4 milyon ABŞ dolları olub.
"Çərşənbə axşamı valyuta hərracı 52,9 milyon ABŞ dolları təşkil edib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb",- mərkəzdən bildirilib.
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.
Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.
Gülnar
www.anews.az