AZ

Xarici İşlər Nazirliyi geniştərkibli kollegiya iclası keçirib

Bakı. Trend:

7 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Xariciİşlər Nazirliyində nazir Ceyhun Bayramovun rəhbərliyi iləgeniştərkibli kollegiya iclası keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasdaXarici İşlər Nazirliyinin rəhbər heyəti və struktur bölmərəhbərləri iştirak edib.

Kollegiyanın iclası zamanı Azərbaycan Respublikası Prezidentininmüəyyən etdiyi xarici siyasət xəttinə uyğun olaraq 2024-cü il üzrəXarici İşlər Nazirliyi tərəfindən görülən işlər, 2025-ci il üzrəəsas prioritetlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri,iqtisadi, iqlim və humanitar diplomatiya, beynəlxalq yardımsəyləri, postmünaqişə dövründə diplomatik faəliyyət, xaricdəAzərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrəişlər və Xarici İşlər Nazirliyinin fəaliyyətinin təşkili məsələlərimüzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Məqalədə:
Seçilən
7
32
az.trend.az

10Mənbələr