AZ

Ukrayna Macarıstan və Slovakiyadan qaz idxalını artırır

Ukrayna Macarıstan və Slovakiyadan qaz idxalını ardıcıl olaraq artırıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Strana.ua Ukraynanın Qaz Nəqliyyat Sistemi Operatoruna istinadən məlumat yayıb.

 

Qeyd olunur ki, fevralın 6-da 10,9 milyon kubmetr, fevralın 7-də isə 14,1 milyon kubmetr qaz idxal edilib.

 

Həmçinin fevralın 7-də Ukraynanın Energetika Nazirliyi Aİ-yə biometan ixracı barədə məlumat verib - 67 min kubmetr tədarük edilib ki, bu da gündəlik idxaldan 208 dəfə azdır.

 

Bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen demişdi ki, Qərb ölkələri Rusiyanın enerji resurslarından azadlığa nail olmaq üçün yüksək qiymət ödəyiblər.

 

AK rəhbəri əlavə edib ki, Rusiya enerji mənbələrindən imtina etdikdən sonra bir sıra ev təsərrüfatları və müəssisələr “yüksək elektrik enerjisi xərcləri ilə üzləşib” və bu, bəzi istehsal müəssisələrinin bağlanmasına səbəb olub.

 

“Financial Times” qəzeti öz növbəsində yazıb ki, Avropa İttifaqının bir neçə ölkəsi Ukraynadakı münaqişənin həlli ilə bağlı gələcək sazişin mətninə Rusiyadan Avropaya boru kəməri qazının nəqlinin bərpasını təklif edib.

 

Bundan əvvəl Aİ Rusiyanın enerji resurslarından imtinanın nəticələrindən danışıb.

 

Nigar

 

Seçilən
22
1
oxu24.com

3Mənbələr