AZ

Prezident İlham Əliyev Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yaradılan yeni parkın açılışında iştirak edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birincixanım Mehriban Əliyeva Bakıda metronun “Gənclik” stansiyasınınyaxınlığında “Antena” sahəsi adlanan ərazidə yeni yaradılan parkınaçılışında iştirak ediblər.

Trend xəbər verir ki, BakıŞəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yeni parkdayaradılan şərait barədə ətraflı məlumat verdi.

Paytaxtımızın daha da müasirləşdirilməsi, abadlaşdırılmasıistiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parklarınsalınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahətməkanlarından daha biri Azərbaycan Prezidentinin 2023-cü il 18avqust və 2024-cü il 13 yanvar tarixli sərəncamlarına əsasənNərimanov rayonunda - metronun “Gənclik” stansiyasınınyaxınlığında, Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov vəNəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində salınan yeniparkdır.

Dövlətimizin başçısı və birinci xanım parkda yaradılan şəraitlətanış oldular.

“Antena” sahəsi kimi tanınan bu ərazidə yararsız vəziyyətdə olanbəzi tikililər sökülüb. Söküntü işlərindən sonra parkın ərazisidaha da genişləndirilib və 19 hektara çatdırılıb.

Parkın ərazisindəki mövcud tarixi inzibati bina saxlanılıb vəbinada bərpa işləri aparılıb.

Yeni salınan parkda sakinlərin və qonaqların asudə vaxtlarınınsəmərəli təşkili üçün qısa müddətdə gözəl şərait yaradılıb. Beləki, burada müasir tələblərə cavab verən iki restoran inşa olunub.Həmçinin burada fəvvarə də quraşdırılıb. Bu da istirahət məkanınaəlavə gözəllik verir.

Müasir istirahət kompleksinin ərazisinin 14 hektarında yaşıllıqsahələri salınıb, 20 mindən çox ağac və kol əkilib. Parkda avtomatsuvarma sistemi, su və yanğın çənləri, nasosxana, təhlükəsizlikmüşahidə kameraları quraşdırılıb. Həmçinin işıqlandırma sistemiyeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulub.Parkda piyada və velosiped yolları çəkilib, uşaq-əyləncə və açıqhava şəraitində müasir məşq qurğuları ilə təchiz edilmiş idmanmeydançaları yaradılıb.

Yeni parkla yaxınlıqdakı “Dədə Qorqud” parkını əlaqələndirənyeraltı keçid də inşa olunub. Bu da sakinlərin təhlükəsiz və rahathərəkətinə şərait yaradır.

Son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakışəhərində abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalininrahatlığının və istirahətinin yüksək səviyyədə təşkili məqsədiləyeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınıb, mövcud park vəxiyabanlar isə əsaslı şəkildə yenidən qurulub. Həyata keçirilən bulayihələr Bakının və regionların simasını dəyişməklə yanaşı,ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm roloynayır.

Yeni istifadəyə verilən park da paytaxtımızın daha dagözəlləşməsi, şəhərdə yaşıl guşələrin sayının artırılması vəinsanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyətdaşıyır.

Seçilən
17
49
az.trend.az

10Mənbələr